Dünyanın ən yaşlı rahibəsi 113 yaşını qeyd edib
ABŞ vətəndaşı, dünyanın ən yaşlı rahibəsi sayılan Frensis Piskatella 113 yaşını qeyd edib.
24Xeber.az “ABC News” telekanalına istinadən xəbər verir ki, 113 yaşlı rahibə öz hislərini “Artıq yaşlarımı saymıram” deyərək ifadə edib.
Rahibəni doğum günü münasibətilə Roma Papası XIV Leo da təbrik edib.
Qeyd edək ki, Piskatella həyatı boyu 10-cu pontifikin fəaliyyətinin şahidi olub. O, həmçinin ABŞ-də 20 prezidentin dəyişməsini, iki dünya müharibəsini və bir sıra pandemiyaları görüb.
Frensis Domeniçi Piskatella 1913-cü il aprelin 19-da Nyu-York ştatının Sentral-Ayslip şəhərində anadan olub. Gənc yaşlarında bədbəxt hadisə nəticəsində qolunun bir hissəsini itirib. 17 yaşında Amitvill şəhərində Müqəddəs Dominik bacıları ordeninə qoşulan Piskatella, 52 il müəllimlik edib və Molloy Universitetində dərs deyib.