“Mançester Yunayted” gənc istedad üçün hərəkətə keçdi
İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un istedadlı hücumçusu Eli Junior Krupi tezliklə karyerasında yeni səhifə aça bilər.
24Xeber.az -ın məlumatına görə, İngiltərənin nəhəng klublarından olan “Mançester Yunayted” fransalı forvardı öz heyətinə qatmağa ciddi maraq göstərir.
Hazırkı klubu 19 yaşlı perspektivli futbolçu ilə yollarını ayırmağa müsbət yanaşır. Rəhbərlik Fransa U-21 yığmasının üzvünün bu keçidi müqabilində 50-60 milyon funt sterlinq məbləğində təzminat tələb etməyi planlaşdırır.
Xatırladaq ki, “Bornmut” Eli Junior Krupini 2025-ci ilin fevral ayında Fransanın “Loryen” klubundan transfer etmişdi. Gənc qolador cari mövsüm ərzində Premyer Liqada iştirak etdiyi 28 qarşılaşmada rəqib qapılarından 10 top keçirməyi bacarıb.
