İran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİ

xqZ0G2VuRvVyiRH9cRuTik1rsVCuzLNrl4jzIX0c_1200

İranın idman naziri Əhməd Dünyamalı İran milli komandasının hansı halda futbol üzrə dünya çempionatına yollanacağını açıqlayıb.

24Xeber.az ın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, milli komanda yalnız futbolçuların təhlükəsizliyi tam təmin olunduğu halda dünya çempionatına yollanacaq.

“ABŞ-də milli komanda oyunçularının təhlükəsizliyinə zəmanət verilərsə, biz dünya çempionatında iştirak edəcəyik. Lakin bu barədə yekun qərarı hökumət və Ali Milli Təhlükəsizlik Şurası qəbul edəcək”, – deyə Ə.Dünyamalı diqqətə çatdırıb.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq. Bir müddət əvvəl Yaxın Şərqdə gərginliyin artması və ABŞ-nin bu münaqişəyə cəlb olunması səbəbindən İran millisinin turnirdən imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı. Sonradan isə İran tərəfinin matçların ABŞ-dən Meksikaya keçirilməsi ehtimalını FIFA ilə müzakirə etdiyi aydınlaşıb.