Premyer Liqa: “Zirə” – “Neftçi” oyununda qalib müəyyənləşməyib

BML3fh0M1WRmGQpxtLX83cDlnMNMiG655KUIHHSd_1200

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

24Xeber.az  xəbər verir ki, günün ikinci matçında “Neftçi” səfərdə “Zirə”nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə bitib.

Bu nəticədən sonra “qartallar” 45 xalla 4-cü, “ağ-qaralar” isə 44 xalla 5-ci yerdədir.