“Qarabağ”ın Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi

KP5J1yAildCHoMH1C77K7QEKmtMInANnOeiGDHzF_1200

“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

24Xeber.az -ın məlumatına görə, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.

Bildirilib ki, bu komandalar püşkatmada reytinqə əsasən, iki səbətə bölünəcəklər. “Qarabağ”, “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.

“Qarabağ”ın mümkün rəqiblərinin qərarlaşdığı səpələnməmiş səbətində isə bu komandalardır:

“Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.