Aleksey Overçuk: “Rusiya ilə Azərbaycan arasında ticarətin dinamikası bərpa edilməlidir”
“Bu gün itirilmiş templərin bərpası və Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın arzuolunan trayektoriyaya çıxarılması üçün səyləri əsirgəməmək son dərəcə vacibdir”.
24Xeber.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.
“Dünən Şahin Şahin Mustafayevlə söhbət zamanı qeyd etdik ki, təxminən ilyarım əvvəl baş vermiş faciəli hadisələr (AZAL təyyarəsinin qəzası – red.) əlaqələrimizi yavaşladıb. Əldən verilmiş templəri bərpa etmək və ticarət-iqtisadi əməkdaşlığı arzuolunan trayektoriyaya çıxarmaq üçün bu gün əlimizdən gələni etməliyik və bu, ilk növbədə, işgüzar birlik nümayəndələrinin vəzifəsidir”, – o qeyd edib.
Onun sözlərinə görə, bütün bu müddət ərzində tərəflər daim təmasda olublar.
“Biz sıx əlaqə saxlayır və hamını əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə yönəldirdik. Rusiya və Azərbaycan ən yaxın qonşulardır. Heç kimin münasibətlərimizin möhkəmliyinə şübhəsi olmamalıdır: hətta kədərli hadisələr də keçmişdə qalır və hər iki ölkəmizin layiq olduğu inkişaf üçün imkanlar açır”, – baş nazirin müavini vurğulayıb.