Zelenskidən ŞOK XƏBƏRDARLIQ: “Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq”

qGzbQX7KqDYjfqeo5jTRp4xMo8TzyyEBdZFwS27R_1200

Yaxın Şərqdə, xüsusən də İran ətrafında baş verən hərbi münaqişələr Ukraynanın qış mövsümünə hazırlıq prosesinə mənfi təsir edərək enerji təhlükələrini daha da artırıb.

24Xeber.az –ın “Ukrinform”a istinadla verdiyi məlumata əsasən, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya hökumətinin rəhbəri Corcia Meloni ilə birgə təşkil olunmuş mətbuat konfransı zamanı səsləndirib.

“İran ərazisindəki toqquşmaların fəsadlarını duymayan heç bir dövlət qalmayıb. Bütün dünyada yaşayış xərcləri çoxalır və bu, hər kəsə təsir edir. Enerji ilə bağlı risklər yüksəlməkdədir. Sözsüz ki, bu hal sosial durumu ağırlaşdırır və gələcək qış aylarına hazırlıq işlərini çətinləşdirir”, – deyə V.Zelenski vurğulayıb.

Bir müddət öncə isə ölkənin energetika sahəsinə rəhbərlik edən Denis Şmıqal bəyan etmişdi ki, gələcək onillik ərzində Ukraynanın enerji infrastrukturunun yenidən qurulması üçün təqribən 91 milyard dollar vəsaitə ehtiyac duyulacaq.

D.Şmıqalın sözlərinə görə, hazırda rəsmi Kiyev iqtisadi səmərəlilik və ortaq strateji maraqlar üzərində qurulmuş tərəfdaşlıq təklifi irəli sürür. Həmin əməkdaşlıq formatı çərçivəsində Ukrayna müasirləşdirilmiş enerji şəbəkəsi, Avropa daha dayanıqlı və çoxşaxəli enerji arxitekturası, sərmayədarlar isə qitənin ən geniş infrastruktur bazarlarından birinə giriş imkanı qazanacaqlar.

Ukrayna