“Sabah” Polşa millisinin futbolçusunu birdəfəlik transfer edir

SM8tj2i5P6zfD10qrqYAgheDd4ZwF0eY9CQJLVP7_1200

“Sabah” polşalı futbolçu Timoteuş Puxaçla bağlı qərarını verib.

24Xeber.az  İdmanxeber.az-a istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülən oyunçuya yeni müqavilə təklif edilib. Paytaxt təmsilçisi Puxaçı birdəfəlik transfer etmək niyyətindədir.

Cinah müdafiəçisi özü də “Sabah”da oynamağa müsbət yanaşır. O, Azərbaycan klubu ilə anlaşıb.

Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib. Futbolçu yaxın vaxtda birdəfəlik “bayquşlar”ın üzvü olacaq.

Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib. Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.