Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?

QK2D8QRRScMzGK8lKIPm9TH9rnwn5gzEnUFlwLCe_1200

Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır.

24Xeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumatda köhnə 100 manatlıq əsginasların aqibəti ilə bağlı məsələyə də aydınlıq gətirilib.

Bildirilib ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.