Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

Lqv0fzPdOQ3zTwueRQeGPZtDYlnXjL4e7jcCLtAB_1200

Qlobal bazarda neft qiymətləri kəskin ucuzlaşmadan sonra yenidən cüzi bahalaşıb.

24Xeber.az xəbər verir ki, bu, ticarət məlumatlarından aydın olur.

Bakı vaxtı ilə saat 9:12-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0,85 dollar (0,9%) artaraq bir barel üçün 95.64 dollara çatıb. Bir gün əvvəl “Brent” markalı neftin qiyməti 4.57 dollar (4.6%) azalaraq bir barel üçün 94.79 dollara düşmüşdü.

Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 0.20 dollar (0.22%) artaraq bir barel üçün 91.48 dollar olub. Bundan əvvəlki sessiyada WTI markalı neftin qiyməti 7.80 dollar (7.87%) azalaraq bir barel üçün 91.28 dollara düşmüşdü.