ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır

lSjUHHxeszX2dQulITP1UGIlNZ5n9ER2SO1iqTkC_1200

ABŞ hərbi qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq işlərinə başlayıb.

24Xeber.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Frank E. Peterson” və “USS Michael Murphy” esminesləri Hörmüz boğazından keçərək Fars körfəzində əməliyyata başlayıb.

Qeyd olunub ki, bu addım boğazın minalardan tam təmizlənməsinə yönəlmiş genişmiqyaslı missiyanın tərkib hissəsidir.