Londonda II Elizabetin yüzlərlə nadir eksponatı nümayiş olunur

sVImqOdWAQrycmgqKNyJ7tRgtxYvMGkjyprilMLp_1200

Londondakı Bukingem sarayında Böyük Britaniyanın keçmiş kraliçası II Elizabetin geyimlərinə həsr olunmuş sərgi açılıb.

24Xeber.az xəbər verir ki, bu barədə kral ailəsinin sosial şəbəkə hesabında məlumat verilib.

“Onun 100 illik yubileyi ilində kraliça II Elizabetin həyatı ərzindəki görkəmli üslubunu əks etdirən 300-dən çox eksponatla tanış ola biləcəksiniz – doğuşdan yetkinlik yaşına, şahzadədən kraliçaya, gündəlik üslubdan tarixdəki əlamətdar hadisələr münasibətilə dünya səhnəsinə çıxışa qədər”, – deyə paylaşımda bildirilib.

Sərgilər kraliçanın əvvəllər heç vaxt görünməmiş uşaq geyimləri, toy bəzəkləri, taclar, papaqlar və hətta 2012-ci il London Olimpiadasının açılış mərasimində geyindiyi don da var.

Sərgi aprelin 10-dan oktyabrın 18-nə qədər Bukingem sarayındakı Kral Qalereyasında davam edəcək.

Kraliça II Elizabet (1926-2022) bütün Britaniya monarxları arasında yaşa və hakimiyyət müddətinə görə rekordçu olub. O, 2022-ci ildə ömrünün 97-ci ilində Şotlandiyadakı Balmoral qəsrindəki iqamətgahında vəfat edib.