Fransada hərbi təyyarə qəzaya uğrayıb

obn0ot7SHgKC2Tgw5cqy2yF4u5voJ6INlkQE8qLa_1200

Fransa Hərbi Hava Qüvvələrinə məxsus yüngül təyyarə ölkənin cənub-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb.

24Xeber.az -ın xəbərinə görə, bu barədə “Parisien” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.

“Cirus SR-20″ təyyarəsi Alp dağlarının Yuxarı Provans ərazisində qəzaya uğrayıb. Hər iki pilot yaralanıb və onlar xəstəxanaya çatdırıblar”, – deyə məlumatda bildirilib.