SAXAL İranın 130-dan çox HHM sistemini məhv edib
İsrail Müdafiə Qüvvələri (SAXAL) İrana endirilən aviazərbələrin yeni görüntüsünü paylaşıb.
24Xeber.az xəbər verir, kadrlar SAXAL-ın “Telegram” kanalında paylaşılıb.
“Kəşfiyyat strukturlarının istiqamətləndirməsi ilə endirilən dəqiq zərbələr zamanı İrana aid 130-dan artıq hava hücumundan müdafiə sistemi (HHM) sıradan çıxarılıb”, – deyə qurumun mətbuat xidməti bəyan edib.