Fransa Rusiya sərhədi yaxınlığında döyüş təyyarələri yerləşdirib: NATO-nun gizli mesajı nədir?

F5MPnFUCcOS9WvCpGIWi6J9vOgwfCRa0N12NhBlZ_1200

Fransa Rusiyanın sərhədindən 130 kilometr məsafədə yerləşən Litvadakı bazaya “Rafale” qırıcı təyyarələri yerləşdirib.

24Xeber.az  xəbər verir ki, bu barədə “Military Watch Magazine” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Fransa Aerokosmik Qüvvələri “Rafale” qırıcılarını Rusiyaya 130 kilometr məsafədə yerləşən Şyaulyay hava bazasına dislokasiya edib.

Media qurumlarının verdiyi xəbərə əsasən, Paris Litvada yerləşdirilən bu təyyarələrin NATO-nun Baltik hava polisi missiyasında aparıcı rol oynamasını istəyir. Məqalədə həmçinin qeyd olunur ki, “Rafale” qırıcıları uzaqmənzilli raketlərdən istifadə imkanına malikdir.