Evin damının təmiri əcəli oldu
Gəncə şəhərində kişi evində bədbəəxt hadisə nəticəsində ölüb.
24Xeber.az -ın məlumatına görə, hadisə bu gün şəhər ərazisində baş verib. 1973-cü il təvəllüdlü Hafiz İsmayılov evinin dam örtüyünü təmir edərkən yerə yıxılıb.
H.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.