Sabah intensiv yağış olacaq

OWVyu4unD13khP0xEU0694Yx1FFdIn1lWxDJGX5m_1200

Azərbaycanda aprelin 4-dən etibarən havanın yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

24Xeber.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, aprelin 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilən intensiv və arabir güclənən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq aprelin 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir.