Pentaqon ordunun baş qərargah rəisinin istefasını açıqladı

CY8CJJNveq5tNaZK25w8iDuUINwWWDA7Fu3BLIe3_1200

ABŞ Hərb Nazirliyi (Pentaqon) ordunun baş qərargah rəisi, general Rendi Corcun istefa verdiyini açıqlayıb.

24Xeber.az xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Şon Parnell sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirliyin rəsmisi bildirib ki, qərargah rəisi təqaüdə çıxdığına görə tutduğu postdan ayrılıb.

“Washington Post” qəzeti isə Pentaqondakı mənbələrinə istinadən xəbər verib ki, Corcdan başqa ABŞ ordusunun daha bir generalı vəzifəsindən kənarlaşdırılıb.

Məlumata görə, sözügedən şəxs ordunun təlim və transformasiya komandanlığının rəisi Devid Hodnedir. Bundan başqa ordunun baş kapellanı, mayor Uilyam Qrin də postundan uzaqlaşdırılıb.