Özbəkistanın baş naziri Bakıda Orta Dəhlizin və logistik layihələrin vacibliyindən danışdı

EPtcEspDgTZEiCmcgaOtGZkV6pLTG1arxttmE8x9_1200

“Orta Dəhlizin inkişafı, eləcə də Çin-Qırğızıstan-Özbəkistan və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi vacibdir”.

24Xeber.az  xəbər verir ki, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin “Gülüstan” sarayında keçirilən ikinci görüşündə deyib.

O, sözügedən layihələrin yeni logistik imkanlar yaratdığını qeyd edib:

“Nəqliyyat bağlantısının gücləndirilməsi əsas istiqamətlərdən biri olaraq qalır”.