AĞIR QƏZADA yaralananların SON VƏZİYYƏTİ

ESbw6aGjMB9DRsxRAq2V8rCHMWrOGF1TALMIqovO_1200

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

24Xeber.az -ın sorğusuna cavab olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 30-da saat 16:40-da Zaqatala rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (bir qadın, dörd kişi) Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Xəsarət alanların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Bir nəfərin vəziyyəti ağır stabil (kişi), digər dörd nəfərin vəziyyəti (bir qadın, üç kişi) isə stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilib.