ABŞ-dən Yaxın Şərqə güc nümayişi: “USS Tripoli” adlı desant gəmisi bölgəyə daxil oldu

LbHTlZDpMGnroJSXuOdNxZZf9aCxxkMreODOEZln_1200

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, “USS Tripoli” adlı desant gəmisi təxminən 3 500 dənizçi və dəniz piyadası ilə Yaxın Şərqə daxil olub.

24Xeber.az TASS-a istinadən xəbər verir ki, “America” sinfinə aid olan gəmi Tripoli desant hazırlıq qrupunun flaqmanı hesab olunur və 31-ci ekspedisiya dəniz piyadaları bölməsinin tərkibinə daxildir.

Gəminin göyərtəsində nəqliyyat və hücum təyyarələri, eləcə də desant-hücum və taktiki vasitələr yerləşdirilib.