Kolumbiyada hərbi təyyarə qəzaya uğradı

PRMK2EqVOCf1ysQPh10LjF9HkbFCUTyD0IZMZTa0_1200

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Hercules C-130” təyyarəsinin qəzaya uğraması nəticəsində azı səkkiz nəfər həlak olub.

24Xeber.az “El Tiempo” nəşrinə istinadən xəbər verir ki, bu barədə Putumayo əyalətinin rəhbəri Con Molina bildirib.

Onun sözlərinə görə, daha 15 nəfərin vəziyyəti isə kritikdir. Ümumilikdə qəza nəticəsində 73 nəfər xəsarət alıb.