Çexiya tarixinin ən böyük antikorrupsiya əməliyyatı: Hakimlər, oyunçular SAXLANILDILAR

aYLtqFi9KBjepOfIDmJbG3asF2tZb8W9Bemptoh4_1200

Çexiya polisi futbolda korrupsiya şübhəsi ilə onlarla şəxsi saxlayıb.

24Xeber.az  xəbər verir ki, bu barədə “Isport” xəbər portalı məlumat yayıb.

Məlumata görə, polis saxlanılan şəxslərin bukmeyker kontorlarında futbol matçlarına mərc qoymaqla oyunların nəticələrinə təsir göstərməsi ilə bağlı şübhələri araşdırır.

Xəbərdə bildirilir ki, istintaq, xüsusilə, birinci liqanın və gənclər komandalarının matçlarına aiddir.

Polis əməliyyat tədbirlərini əsasən ölkənin şərqindəki Moraviyada həyata keçirir.

Məlumatdan belə aydın olur ki, korrupsiyada şübhəli bilinənlər arasında futbol funksionerləri, hakimlər və oyunçular da var.

Europol və İnterpolun cəlb olunduğu istintaqı Çexiya Futbol Federasiyası başladıb. Qurumun rəhbəri David Trunda baş verənləri Çexiya futbolu tarixində ən böyük antikorrupsiya əməliyyatı adlandırıb.