Şirvanda sakini sirkədən zəhərlənib öldü

CTMtHEbnEAHvcLxAQPpvR7WMPqXrOAzXnfkcChHD_1200

Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb.

24Xeber.az  APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənəfova yüksək konsentrasiyalı sirkə – “essensiya” turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.