İsmayıllıda ağır QƏZA
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
24Xeber.az “Report”a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda rayonun “Təndirxana” adlanan ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-21099-un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər iki avtomobildə olan dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Yaralılar təcili tibbi yardım maşınının köməyilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.