Gəncədə qəza baş verib

DypuT1h7o634dpAGfEPPzK7G8JwVKuhAYWGbf09q_1200

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

24Xeber.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, iki “KIA” markalı minik avtomobilinin toqquşmasından sonra maşınlardan biri idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.

Qəza nəticəsində 1997-ci il təvəllüdlü N.Yusibova, 1967-ci il təvəllüdlü A.Ramazanova, 2002-ci il təvəllüdlü M.Ramazanova, 1983-cü il təvəllüdlü M.Həsənova və X.Həsənov xəsarət alıblar.

Xəsarət alan şəxslərin vəziyyətinin kafi olduğu bildirilir.

Qəza baş verən ərazidə tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.