11 günlük tətil başlayıb

Vh3FgeyRodDn4Jzyt9kFwx9ri4PA1ppLqWQbsw7a_1200

Azərbaycanda 11 günlük tətil başlayıb.

24Xeber.az  xəbər verir ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 11 qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.