Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində baş verən silsilə oğurluq faktlarının üstü açılıb.
24Xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırmalarla müəyyən edilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən doqquz evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb.