Xəzər rayonunda küçəni çirkab su basdı: Problemi hansı qurum həll etməlidir?

CAc8uy3JRhEJfhMfNB9bXlBeacAYPCftYvGd1nzv_1200

Bakı şəhəri, Xəzər rayonu, Əliağa Vahid küçəsində çirkab suyun yola toplanması ilə bağlı məsələyə Xəzər Rayon İcra Hakimiyyətindən cavab verilib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyətin tabeliyindəki qurum vasitəsilə həyata keçirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) vəzifələrinə aiddir.

Qeyd olunub ki, bu məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ünvanlanmış müraciətə cavab olaraq bildirilib ki, problemin əsaslı həlli perspektiv layihəyə uyğun olaraq magistral kanalizasiya kollektorunun və toplayıcı şəbəkənin inşası ilə mümkündür:

“Həmçinin təqdim olunmuş məlumatda bildirilib ki, qeyd olunan tikinti-quraşdırma işlərinin dövlət investisiya proqramı çərçivəsində mərhələli icrası nəzərdə tutulub.

Sözügedən ünvanın yaxınlığında məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər mövcuddur. Bununla belə, məsələ ilə bağlı Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə də müraciət ünvanlanıb”.