Yeni rekord qırıldı

t7cG4jClpBLLcTU3wrPuqnwdriQwOD6ndEBGnsZA_1200

“Arsenal”ın yarımmüdafiəçisi Maks Doumen İngiltərə Premyer Liqasının 30-cu turunda “Everton”la (2:0) oyunda fərqlənərək turnirin tarixində qol vuran ən gənc futbolçu olub.

24Xeber.az xəbər verir ki, o, qolu vurarkən 16 yaş 73 günlük olub.

Bununla da 2005-ci ildə “Everton”un heyətində 16 yaş 270 günlüyündə qol vuran Ceyms Vonun rekordunu yeniləyib.

Qeyd edək ki, bu qələbədən sonra “Arsenal” 70 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.