XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
24Xeber.az xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək.
Qərb derbisi saat 15:00-da başlayacaq.
Ardınca isə “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da start götürəcək.
Qeyd edək ki, avrokuboklara iddialı “Turan Tovuz” 44 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 31 xalı olan “Neftçi” yeddinci, 17 xala malik “Kəpəz” isə onuncudur. Gəncəlilərdən bir xal az toplayan “Qəbələ” isə on birinci yerdədir.