Xətai sakinlərindən narazılıq: Tullantılar yandırılır, tüstü mənzillərə dolur – VİDEO
Ərazidən çıxarılan tullantıların stadionun ərazisində toplandığı və daha sonra yaxınlıqdakı binaların qarşısında yandırıldığı iddia olunur.24Xeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 42-46 ünvanında yaşayan sakinlər yandırılan tullantıların tüstüsünün mənzillərinə dolduğunu bildirirlər.