iki Azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu olub
Gürcüstanda yaşayan azərbaycanlı yeniyetmə Ramil Mahmudov boks üzrə ölkə çempionu olub.
24Xeber.az “Report”a istinadən xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Ramil Mahmudov həlledici qarşılaşmada İliya Sanikidze üzərində qələbə qazanaraq çempionluq tituluna yiyələnib.
Qeyd edək ki, Rustavi şəhərinin təmsilçisi, 46 kq çəki dərəcəsində çıxış edən Cəsur Qəhrəmanov da final görüşündə erməni rəqibi Nodar Oqancanyanı məğlub edərək ölkə çempionu olub.
Beləliklə hər iki idmançı 15 yaşadək boksçular arasında keçirilən Gürcüstan çempionatında uğurlu çıxış edərək qızıl medal əldə ediblər.
Gənc boksçuların əldə etdiyi bu nailiyyət Gürcüstanda yaşayan azərbaycanlı idmançıların uğurlarına növbəti töhfə kimi qiymətləndirilir.