“Qarşıdakı dövrün dünya üçün çox ciddi və təhlükəli olacağını düşünürəm”

ugJtRNbtWacFlDLdt1Z9uIne0gsIwK3N9wHgMPsR_1200

dövrün dünya üçün çox ciddi və təhlükəli olacağını düşünürəm”.

24Xeber.az xəbər verir ki, bunu Ərəb Liqasının sabiq baş katibi, Misirin keçmiş xarici işlər naziri Amr Musa Bakıda keçirlən “Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammiti: Enerji və infrastruktur sahəsində tərəfdaşlıqlar üçün dəhlizlərin genişləndirilməsi” mövzusundakı tədbirdə deyib.

O bildirib ki, Yaxın Şərqdəki proseslər belə davam etsə, qlobal sülh ciddi şəkildə zərər görə bilər:

“ABŞ əvvəlki kimi balanslaşdırıcı aktor kimi çıxış etmir. Fəqli mövqe sərgiləyir. Rəsmi Vaşinqton daha əvvəl həm ərəb dövlətləri, həm də İsrail üçün balanslaşdırılmış siyasət aparır, tarazlığı qoruyurdu. Hazırda sual yaranır: ABŞ İsrail-ərəb ölkələri münaqişəsinin həlli üçün tərəfləri yekun razılığa gətirmək istiqamətində çalışacaqmı, yoxsa ərəb dünyasına və digər tərəflərə qarşı daha açıq şəkildə müəyyən bir siyasi xətt yürüdəcək?”

O bildirib ki, bölgədə son baş verənlər İsrailin dominatlığını təmin etmək üçündür:

“Məqsəd regionda elə bir vəziyyət yaratmaqdır ki, İsrail güclü və dominant mövqeyə malik olsun. Bu istiqamətdə bəzi böyük dövlətlərin dəstəyini görürük. Düşünürəm ki, bu strategiya müəyyən dərəcədə uğur qazana bilər”.