İranın yeni ali lideri barədə İLGİNC AÇIQLAMA
“Biz bilirik ki, yeni, o qədər də ali olmayan lider yaralıdır və çox güman ki, eybəcər hala düşüb”.
24XEBER.AZ xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset bildirib.
“Dünən o, açıq şəkildə desək, olduqca zəif bir bəyanat verdi, amma orada onun səsi və ya heç bir videosu yox idi. Bu, yazılı bir bəyanat idi. O, birliyə çağırdı. İranın çoxlu kamerası və səsyazıcısı var. Bəs niyə sadəcə yazılı bir bəyanat? Düşünürəm ki, niyə belə olduğunu anlayırsınız”, – deyə Pentaqon rəhbəri bildirib.