Tehranda 16 İran təyyarəsi məhv edildi
Xəbər verdiyimiz kimi, bu gün İsrail Hərbi Hava Qüvvələri Tehranda yerləşən Mehrabad hava limanını darmadağın edib.
24xeber.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri məlumat yayıb.Qeyd olunub ki, hücum nəticəsində “Qüds” qüvvələrinə məxsus 16 təyyarə məhv edilib. Həmin təyyarələrin içərisində pul və silahların olduğu vurğulanıb.