Hakan Fidan və İshaq Dar arasında telefon danışığı baş tutub: Türkiyəyə dəstək…

IMG_9579

Türkiyə xarici işlər naziri Hakan Fidan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

24xeber.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayılıb.

Telefon danışığında İranın Türkiyə istiqamətində ballistik raket atması müzakirə olunub.

İshaq Dar Pakistanın Türkiyə ilə həmrəy olduğunu və ölkələrin regional sülh və sabitliyin qorunması üçün səyləri əlaqələndirməyə hazır olduqlarını qeyd edib.