Silahların və strateji materialların ixracına nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq

IMG_9391

Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən (NK) alınacaq.

24xeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, NK silahların və strateji materialların ixracı üzərində nəzarəti həyata keçirir. Qanun layihəsində bu səlahiyyətin ondan alınması təklif olunub.