Laçın-Şuşa yolunda QƏZA: ÖLƏN və xəsarət alan var
Laçın-Şuşa yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
24xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə martın 2-də, təxminən saat 15 radələrində baş verib.
Hərbçilərin idarə etdiyi iki “KamAZ” markalı yük avtomobilləri Xocalı rayonu ərazisində toqquşub.
Hadisə nəticəsində bir hərbçi ölüb, biri xəsarət alıb.