İsrailə hücum: 7 nəfər xəsarət aldı

IMG_9449

İsrailin mərkəzi hissələrinə zərbə endirərkən vurulan İrana məxsus raketlərin qalıqlarının yerə düşməsi nəticəsində 7 nəfər xəsarət alıb.

24xeber.az xəbər verir ki, onlardan baş nahiyəsindən xəsarət alan qadının vəziyyəti orta ağırdır, digərləri isə yüngül xəsarət alıblar.

Məlumata görə, raketlərin qalıqlarının düşdüyü ərazilərdə xilasedicilər işləyirlər.