Tramp bəyan etdi: İrana quru qoşunları göndərilə bilər
ABŞ İrana quru qoşunlarını da göndərə bilər.
24xeber.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Nyu York Post”a açıqlamasında bildirib.“Mən “quru qoşunları olmayacaq” deyən prezidentlərdən deyiləm. Hər Prezident deyir: Yerdə qoşun olmayacaq. Mən belə demirəm”, – Tramp qeyd edib.O, müharibənin təxminən 1 ay davam edə biləcəyini, lakin bu müddətin qısa da çəkə biləcəyini istisna etməyib.