İrandan təxliyə edilən azərbaycanlıların sayı…

serhed-kecid

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının “Astara” sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.

24xeber.az Axar.az-a istinadən xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib.