Vilayət Eyvazovun Yevlaxdakı vətəndaş qəbulu və sıra baxışı təxirə salındı

IMG_9181

Daxili işlər naziri Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

24xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

Yeni tarix barədə əlavə məlumatın veriləcəyi bildirilib.