İsmayıllıda ağır qəza: ölənlər var – Foto

IMG_9174

İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

xia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şirin su adlanan ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı “Ford”, “Hunday” və VAZ-21011 markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.