Ərdoğanın baş müşaviri Rusiya XİN-in nümayəndəsi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib
Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
24xeber.az xəbər verir ki, Akif Çağatay Kılıç bu barədə “X” sosial şəbəkə hesabında payaşım edib.
“Görüş zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olunmasına yönəlmiş normallaşma prosesi və Cənubi Qafqazdakı son hadisələri müzakirə etdik”, – deyə o, paylaşımda yazıb.