Şərurda minik avtomobili yük maşını ilə toqquşdu, xəsarət alanlar var

IMG_8143

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

24xeber.az “Report”a istinadən xəbər verir ki, hadisə Şərur-Sədərək magistral yolunun rayonun Daşarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı nəqliyyat vasitəsi Türkiyə dövlət nömrə nişanlı iritonnajlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.