Hindistan şirkəti Azərbaycandan qaz almaq istəyir

IMG_7847

Ölkənin ən böyük neft və qaz şirkətlərindən biri olan “Bharat Petroleum” mayeləşdirilmiş qaz (LPG) almaq üçün Azərbaycanın dövlət neft şirkəti ilə danışıqlar aparır. 

24xeber.az The Hindu-ya istinadla xəbər verir ki, bunu Hindistan şirkətinin nümayəndəsi T.V. Pandian bildirib.

“Bharat Petroleum” ABŞ-dən mayeləşdirilmiş neft qazı idxal etmək üçün tender elan edib.

“Yaxın Şərqdə münaqişə var. Hörmüz boğazı bağlanarsa, nə edəcəyik? Bu elan edilmiş tender təchizat mənbələrimizi şaxələndirmək məqsədimizin bir hissəsidir”, – Pandian bildirib.

O izah edib ki, Çinin ABŞ-dən LPG idxalından imtina etməsi Hindistana onu daha aşağı qiymətlərlə əldə etməyə imkan verəcək.