Bakıda maşın qadını vurub öldürdü – YENİLƏNİB

IMG_7628

Bakıda avtomobilin qadını vurub öldürməsi ilə bağlı detallar məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.

Quliyev Sərxan Əliağa oğlu idarə etdiyi “Mercedes Benz C 200” markalı avtomobillə magistral yolda hərəkətdə olarkən piyada Talıbova Nəzakət Qasım qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

***
4 fevral, saat: 14:28

Bakıda avtomobil qadını vurub.

24xeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Sabunçu rayonu, Kürdəxanı yolunda qeydə alınıb.

Avtomobil 61 yaşlı Talıbova Nəzakət Qasım qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.