Bu sahədə rekord vurmuşuq – Nazir açıqladı
Elə məhsullar var ki, yetərincə istehsal olunur, amma onları emal edəcək gücümüz yoxdur.
24xeber.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV-yə müsahibə zamanı deyib.
“Pambığı misal çəkə bilərik, çünki pambıq istehalında rekord vurmuşuq, lakin sadəcə 30 faizi emal edilib” , – nazir bildirib.
Onun sözlərinə görə, pambığın 70 faizi xammal kimi ixrac olunur.