Gəncədə 25 yaşlı oğlan öldürüldü – Yenilənib
Gəncədə gənc oğlan bıçaqlanıb.
24xeber.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Röyal Məmmədovun tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
O, bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu qeyd olunur.
Faktla bağlı araşdırma başlanılıb.
Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb. Həkimlərin səylərinə baxmayaraq, 25 yaşlı R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Gəncə Şəhər Prokurorluğunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.